GREENCARD NƏDİR
Amerika
Birləşmiş Ştatları immiqrasiya bürosu,
ölkə əhalisində mədəniyyət növlərin artırmaq məqsədilə Hər il dünyanın bir çox
ölkəsindən immiqrant vətəndaş qəbul edir. ABŞ-da immiqrant kimi yaşamaq
yollarından biri də 1990-cı ildən bəri rəsmi olaraq, qüvvəyə qoyduğu Green Card lotoreyasına (Diversity Visa Program) qatılmaqdır.
Hər il təxminən 55.000 xarici ölkə vətəndaşı
Green Card sahibi olur.
Lotoreyanı
qazananlar ABŞ-da daimi yaşamaq və işləmək hüququna sahib olurlar. Green Card qazanıldığı zaman öz ölkənizdəki vətəndaşlığınız
davam edərkən, ABŞ vətəndaşlarının yararlandığı birçok haqqdan da faydalanma hüququnuz
olur. Green Card aldıqdan 5 il sonra arzu edən Green Card sahibi, ABŞ vətəndaşlığına müraciət edə bilər
və tam ABŞ vətəndaşlığı ala bilər.
Avantajları
Green Card sahibi bir nəfər həyat yoldaşı və 21 yaşından kiçik
subay uşaqları ilə ABŞ-da ömür boyu yaşamaq və işləmək hüququna sahib olur.
Green Card sahibi, ABŞ'da seçkilərdə iştirak etməkdən
başqa bütün hüquqlara malikdir.
Green Card sahibinin ABŞ'da öz şirkətlərini qurmağa haqqı
vardır.
Green Card sahibi, dövlət və ya özəl məktəblərdə təqaüd alaraq
ya da endirimli olaraq təhsilərinə davam
edə bilər.
Green Card sahibi tələbə, Amerikan məktəblərində endirimlə
təhsil və hökumətin verdiyi təqaüddən və kreditlərdən yararlanmaq şansı var.
Green Card sahibi ABŞ-da sürücülük vəsiqəsi ala bilər,
ABŞ əyalətlərində səyahət etmək haqqı var.
Başqa Yolu Var?
Green Card sahibi olmaq üçün ən asan yol hər il keçirilən
lotoreyalarda iştirak. Lakin siz ABŞ-da daimi yaşama və işləmə hüququna sahib
olmanın başqa yolları da
·
ABŞ-da
1.000.000 dolarlık investisiya etmək,
·
ABŞ-da yaşayan qohumlarınızdan
sizə dəvətnamə göndərilməsi.
·
Sizə iş verəcək bir kimsə
varsa da Green Card sahibi ola bilərsiniz. Ancak size iş verən şirkət ya da adam
heçbir ABŞ vətəndaşının işini
əlindən almayacağınızı isbatlayıb, o işi sadəcə sizin edə biləcəyinizi əsaslandırmalıdır.
Akrabanızın
ya da bir şirketin davet etmesi durumunda sizi US
Department of Labor'da uzun ve zahmetli bir süreç beklemektedir.
Tələbələr üçün
ABŞ-da Dövlət Üniversitetləri,
Green Card sahibi tələbələrin təhsil haqlarında 80%'ə qədər endirim edirlər. Təhsil aldığınız müddətdə Green Card'ın sizə verdiyi yaşamaq və işləmək
hüququndan faydalanaraq həm işləyib həm də oxuya bilərsiniz.
Müraciət şərtləri
Green Card lotoreyasında ABŞ
hökumətinin açıqladığı ölkələr listindəki ölkənin vətəndaşları iştirak edir.
Müraciət edəcək şəxs orta məktəb məzunu olmalıdır. Əgər müraciət
edən, orta məktəb məzunu deyilsə son 5 (beş) ildə təhsil, təcrübə vəya təcrübə
tələn edən bir sahədə azı 2 (iki) il işləməlidir.
Müraciət edənin İngiliscə bilmesi vacib deyil. Lakin ABŞ-a getdikdə
yaşayacağı çətinliyi nəzərə almalıdır.
Müraciət edənin mal varlığı yada maddi vəziyyəti nəzərə alınmır.
Green Card müraciətlərinin 2005-dən etibarən internet üzərinden qeydiyyatdan
keçirilməsi məcburidir.
Evli insanların yoldaşı adına da müraciət etməsi şanslarını 2
qat. Evli cütlükdən biri qazandıqda həyat yoldaşı və uşaqları da qazanmış olur.
Lotoreya necə keçirilir?
Bütün Müraciətlər Kentucky Consular Center yəni Müraciət Mərkəzində
toplanılırr və altı coğrafi bölgəyə ayrılarak nömrələnir. Seçim, müraciətlərin
bitimindən sonra kompyuter tərəfindən seçilir
Nəticələri sizə İmmiqrasiya Şöbəsi tərəfindən verilən "Confirmation"
şifrəsi ilə büronun rəsmi saytına girərək öyrənə bilərsiniz. Əgər şanslılar
arasındasınızsa, sizə hansı sənədlərin lazım olduğunu ingiliscə anladılır.
Lotoreya sonrası
Green Card qazananlara ABŞ-a köçmək və orda yaşamaq məcburi
deyil. Lakin Green Card haqqını itirilməməsi üçün Green Card Vizasını aldıqdan
sonrakı 6 ayda dəfə, sonraki illərdə isə ildə bir dəfə giriş etməsi lazımdır.

No comments:
Post a Comment