Albinizm
Albinizm nadir rast gəlinən,
lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə
insanlar dərisi ağ rəngli olurlar, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər.
Onlara elmi dildə “albinos” deyilir. Bu söz latın dilində "alba"
sözündən “ağ” mənasına gəlir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu
kompleks hesab edir, bəziləri isə insanların bu reaksiyalarına alışdığını söyləyir.
Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Həkimlər albinizmi xəstəlik
hesab etmirlər. Bu xəstəliyin səbəbi dəridə Melanin əmələ gətirən
melanositlərin çatışmazlığı, və ya olmamasıdır.
Alimlərin
araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000
insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos
Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm iris olur
və müalicəsi yoxdur. Onların dünyaya bu cür gəlmə səbəblərini heç kim dəqiq
izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır.
Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə
görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq,
intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Albinizmə nəyinki
insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə
10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə
məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab
edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və
cadugərliyə kömək edir.


No comments:
Post a Comment