Bakıdakı Parklar
yay aylarında gedib dincələ biləcəyiniz sakit parklar
Puşkin
parkı
«Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən.» Sözünün məllifi olan dahi
rus şairi Aleksandr Puşkin adına park şəhərimizin ən sakit parklarından
biridir. Parkın bərpasından sonra dahi şairin 200 illiyində parkda Heykəli qoyuldu.
Şəhərin mərkəzində yerləşməsi və çox sakit olması ilə fərqlənir.
Axundov
bağı
Bakı Metrosunun İçəri Şəhər Stansiyasına
yaxın yerləşən Mirzə Fətəli Axundovun adına bağda parkında Azərbaycan yazıçısı,
filosofu və maarifçisi Mirzə Fətəli Axundovun heykəli ucaldılıb. Bağın ərazisinin kiçik olmasına baxmayaraq
burada oturacaqlar, çiçək ləkləri var.
Dağüstü park
Şəhərin mərkəzində yerləşən Dağüstü parkı digər parklardan
fərqləndirən əlaməti parka funikulyorla getməyin mümkün olmasıdır. Dağüstü
parkdan şəhərə və Bakı bulvarına ecazkar mənzərə açılır. Park Azərbaycandakı ən
yaxşı parklardan biridir və memarı L.İlin tərəfindən ustalıqla istifadə olunan
relyefinin xüsusiliyi ilə fərqlənir. Gəzinti xiyabanlarının pilləkan və
panduslar vasitəsilə birləşdirilməsi və mənzərəli meydançaların əlverişli
yerləşdirilməsi Bakı körfəzinə valehedici mənzərə açılmasına şərait yaradır.
Dağüstu parkın yanında 20 Yanvar qurbanları dəfn olunub.
Dədə Qorqud parkı
Şəhərin mərkəzində yerləşən bu park yenidən təmirdən sonra ecazkar görünüş aldı. Əvvəllər daha yaşıl olan bu parkın ərazisində süni göl də var
Dəniz Vağzalı Parkı
Bakıda Dəniz Vağzalının binasının yanında yeni park açılıb.
Parkın böyük sahəsi var və ərazisində uşaq meydançası, bir neçə müasir heykəl,
müxtəlif fəvvarələr yerləşir. Insanların oraya az üz tutması parkı sakit və
dincəlmək üçün ideal yer edir
Fizuli parkı
Nizami metro stansiyasına yaxın olan, Azərbaycan Dövlət
Milli Dram Teatrının qarşısında salınmış bu park yeni bərpa olunub 1962-ci ildə
salınan bu parkda Fizulinin heykəli yerləşir
İncəsənət muzeyi parkı
İncəsənət Muzeyinin yanında, Qubernator bağı ilə üzbəüz
artıq çoxdan gözəl bağ salınıb. Burada gənclər, sevgililər istirahət edir.
Bağda fəvvarə, rahat oturacaqkar var. Buraya toyu olan gənclər şəkil çəkdirməyə
gəlir. Burada: ağaclar və kollar -burada palmalarla yanaşı, sərv ağacları da
yaxşı inkişaf edir.
"Koala
Park" daha çox uşaqlar üçün əyləncəli ola biləcək bir parkdır, burada
onların xoşuna gələ biləcək attraksionlar var. Uçmağı arzuedənlər "Eşşəkarısının
uçuşu" attraksionunu çox sevir. Şahzadə, polis, roker və digər personajlar
olmaq istəyənlər "Kainat" attraksionundan yan keçməyəcək. Müxtəlif
heyvanların səslərini çıxaran "Parovoz" uşaqlarınızı Zürafə və
savanna sakinləri görəcəkləri əfsanəvi savannaya uzaq səyahətə aparacaq. Bütün
ailə üçün, sürət və gərginliyi xoşlayanlar üçün burada ən böyük "Ailəvi
qorka" attraksionu var. Ailənin 4 yaşı hələ tamam olmayan ən balaca üzvləri
bu attraksiona buraxılmayacaq.
Luna
Parkda gözəl istirahət guşələri, dünya və Avropa standartlarına uyğun
quraşdırılmış, İtaliyadan gətirilən və nəinki Respublikamızda bir çox MDB dövlətlərində
analoqu olmayan "Amerika təpəciyi", "Mono-Rail",
attraksionları "Viking", "Ranger", "Skuter",
"Qalaktika", "Avtodrom", "Qu-Quşu", "Səma",
"Günəş", "Qatar", "Kastello", "Dəvələrin
yarışı" və s. attraksionlar var. Həmçinin burada şən oyun avtomatları,
fotostudiya, yüksək səviyyədə hazırlanmış milli yeməklər, sərinləşdirici içkilər,
dondurmalar təklif edən yay kafeləri fəaliyyət göstərir. Parkda istirahət və
bayram günlərində konsertlər və şou proqramların keçirilməsi, əhalinin asudə
vaxtlarından səmərəli istifadə etmələri və istirahətləri üçün nəzərdə
tutulmuşdur.
Mikayıl
Müşviq parkı
Yasamal
rayonu İnşaatçılar prospektində yerləşən çox da böyük olmayan park dahi Azərbaycan
şairi Mikayıl Müşviqin adını daşıyır. Parkda həmçinin M.Müşfiqin abidəsi
ucaldılıb.
Mirzə Ələkbər Sabir Parkı
Mirzə
Ələkbər Sabirin adını daşıyan park şəhərin mərkəzində,İçəri şəhər qala qapısı
yaxınlığında, İstiqlaliyyət küçəsində yerləşir. 1958-ci ildə Parkda Sabirin
heykəli ucaldılıb.
Sevil
Qazıyeva parkı
Rusiya
səfirliyinin binasının yaxınlığında yerləşən və Sevil Qazıyevanın heykəli
ucaldılan kiçik amma sakit və təmiz parkdır. 2002-ci ilin yayında parkda
abadlıq işləri aparılan zaman abidə də yenidən bərpa edilmişdir. Abidənin hər
iki tərəfindən orijinal dizayna malik fəvvarələr düzəldilib.
Şəhriyar
parkı
Şəhərin
mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetin yaxınlığında Rəşid Behbudov
Küçəsində yerləşən kiçik, sakit parkdır.
Şəlalə
Parkı
Müslim
Maqomayev adına Dövlət Filarmoniyası ilə Prezident parkı yaxınlığında Prezident
Aparatının yanında yerləşən çox sakit və təmiz parkdır "Şəlalə" parkı
bakılılar və şəhərimizin qonaqları üçün əla istirahət məkanıdır. Süni şəlalə
harmonik olaraq Azərbaycanın dağ rayonlarının abu-havasını yaradır və isti yay
günlərində ən yaxşı istirahət yeridir
Ağ Fantanlar
Parkı
Şəhərin
mərkəzində Məmməd Əmin Rəsulzadə küçəsində- kukla teatrı ilə üzbəüz yerləşən
parkdır
Əlişir
Nəvai adına park
Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçələrinin kəsişməsində
yerləşir. Parkın ərazisi 2 min kvadrat metrdir, burada qazonlar salınıb,
dekorativ kollar əkilib. Yaşlllıqlara yeni su xətti çəkilib.

No comments:
Post a Comment