Youtubedən video/musiqi yükləmək ŞƏKİLLİ İZAH - Agah Ol

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

19 Jul 2016

Youtubedən video/musiqi yükləmək ŞƏKİLLİ İZAH

Youtube'da Videonun İstədiyiniz Hissədən Necə Yükləmək olar? ŞƏKİLLİ İZAH



Youtube həyatımızda olan ən böyük sosial platformalardan biridir. Youtube'u video izləmək, mahnı dinləmək, filmlərə baxmaq, bilmədiyimiz bir şeyin həll yolunu görsəl olaraq videoda izahlı görmək üçün istifadə edirik. Bəzən isə yükləmək istədiyimiz videonun həcmi(müddət) böyük olur, sizə isə həmin videodan cəmi 3 dəqiqəlik fraqment lazımdır. Bugün sizə Youtube'danistədiyiniz videonun istədiyiniz hissəsini video yaxud MP3, MP4 formatında yükləməyi göstərəcəyik.

1.Youtube'a girərək istədiyiniz videonun(biz uzun olsun deyə filmdən seçdik 1 saat 10 dəq 37san) linkini kopyalayırıq(CTRL+C)
















2. www.convertclip.com saytına daxil olaraq həmin linki oraya yapışdırırıq(CTRL+V)

Aşağıdakı açıq qırmızı rənglə fərqləndirilmiş hissədən isə materialın hansı formatda yükləmək istədiyinizi yazırsınız. İşarədən də göründüyü kimi, sağ hissə musiqi olaraq yükləyir, sol hissə isə video olaraq yükləyir(biz MP4 Video formatını seçdik). Sonra isə Continue basaraq davam edirik.



3. Sonrakı mərhələdə ''start of video hissəsinə basaraq sizin qarşınıza (00:00:00) yazılı müvafiq olaraq (saat dəqiqə saniyə) vaxt çıxacaq bu sizin videonun hansı hissədən başlayaraq yüklənməsini qeyd etməyiniz üçündür. (biz 1saat 10 dəqiqəlik filmdən 10-cu dəqiqədən sonranı seçdik)


4. Bu mərhələdə isə seçdiyiniz hissənin sonunu seçirsiniz (biz  12-ci dəqiqəni seçdik)

5. Bunları seçdikdən sonra yüklənilmə üçün start klikləmək lazımdır.





6. Start basdıqdan sonra qeyd etdiyiniz aralıqda ( biz filmin 10-12 dəqiqələri yəni 2 dəqiqəlik hissəni seçmişik) yüklənmə prosesi başlayır, bir neçə saniyə davam edən prosesdən sonra siz artıq Download klikləyərək seçdiyiniz hissəni endirə bilərsiniz.













Suallar və ya çətinliklər yaranarsa Şərh bölməsinə yazmağı unutmayın. Faydalı olacağına ümid edirik

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here