UBER məhkəmədə uduzdu - Agah Ol

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

24 Jul 2016

UBER məhkəmədə uduzdu


Uber, ona qarşı qaldırılan iddialar üzrə 161.9 milyon $ ödəməli oldu!






Ən son hesablamalara görə 62.5 milyard dollar dəyəri olan dünyanın ən qiymətli startapı Uber, yarandığı 2009-cu ildən bu günədək, hüquqi məsələlərin həlli üçün dünya üzrə ən böyük məbləğdə pul ödəmiş şirkətdir. Getdikcə daha da güclənən bu startap sürətlə inkişaf edir, biz isə Uberi və onun investorlarını pul ödəməyə məcbur edən müxtəlif məhkəmə iddialarını izləyirik. Onun ənənəvi taksi biznesini və qarşısındakı siyasi və hüquqi maneələri dağıtmaq strategiyası yarandığı vaxtdan bəri onu artıq ən azı 62 mln $ ödəmək məcburiyyətində qoymuşdur və şirkət təkcə ABŞ-da 170-dən çox iddia ilə üzləşmişdir.

Bu səs-səda doğuran məhkəmə iddialarından biri də “Təhlükəsiz sürmə haqqı” iddiasıdır. Bu iddia əsasında Kaliforniyada sonuncu razılaşmada Uber öz marketinq dilini dəyişməyə razı oldu və bildirdi ki, o, özünü artıq nə "yolda ən təhlükəsiz sürüş" adlandırmayacaq, nə də sürücülərin fərdi məlumatlarını vərəqlərini "qızıl standart" kimi təqdim etməyəcək. 1 $ -lıq "təhlükəsiz gediş haqqı" adı "sifariş haqqı" adı ilə əvəz olunacaq. San Fransisko və Los Anceles prokurorları, sürücülərinin taksi sürücülüyü üçün daha zəif məlumat bazasına malik olduğu, eləcə də barmaq izi yoxlamalarının aparılmadığı halda, Uberin sürücü seçimində liderliyini deməyin səhv olduğu iddiasını irəli sürdülər. Bu il Aprelin 7-də San Fransisko hakimi tərəfindən təsdiq edilmiş razılıqda Uber ən azı 10 mln dollar ödəyəcəyinə razılaşdı, əgər şərtlərə əməl etməzsə növbəti iki ildə daha 15 mln dollar da ödəməli olacaq. Qeyd edək ki, Uber artıq Azərbaycan bazarına da daxil olub və artıq qısa zamanda müştərilərin rəğbətini qazanıb.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here